Bank Of Baku

Azərbaycanın Los-Ancelesdəki Baş Konsulluğu Kəlbəcərin işğalının 15 illiyi ilə əlaqədar tədbir keçirib

Azərbaycanın Los-Ancelesdəki Baş Konsulluğu Kəlbəcərin işğalının 15 illiyi ilə əlaqədar tədbir keçirib
# 09 aprel 2008 08:06 (UTC +04:00)
APA-nın ABŞ bürosunun xəbərinə görə, tədbiri giriş sözü ilə baş konsul Elin Süleymanov açıb. Sonra çıxış edən Montana Universitetinin professoru Tomas Qolts Kəlbəcərin işğalının şahidi olmuş yeganə xarici jurnalist kimi həmin hadisələrlə bağlı təəssüratlarını bölüşüb. O, işğalın günahsız insanların vəhşicəsinə qətlə yetirilməsi, əmlakın talan edilməsi və sair erməni vəhşilikləri ilə müşayiət olunduğunu bildirib. Azərbaycan Xarici İşlər Nazirliyinin mətbuat katibi Xəzər İbrahim isə Kəlbəcərin işğalından dərhal sonra BMT-nin ərazinin boşaldılmasını tələb edən qətnamə qəbul etdiyini, lakin ermənilərin həmin sənədə məhəl qoymadığını xatırladıb. Onun sözlərinə görə, dünya ictimaiyyəti ermənilərin Dağlıq Qarabağda törətdiyi vəhşiliklər barədə məlumatlıdır və buna görə Azərbaycanın haqlı mövqeyini dəstəkləyir. O, sözlərinə sübut kimi BMT Baş Assambleyasının qəbul etdiyi son qətnaməni göstərib.
Qeyd edək ki, tədbirdə Beverli Hils şəhərinin meri Cimmi Delşad, İran Yəhudiləri Federasiyasının baş katibi Sem Kermanian, “Azerbaijan İnternational” jurnalının baş redaktoru Betti Bleyr, ABŞ Azərbaycanlıları Şəbəkəsinin (USAN) icraçı direktoru Adil Bağırov, Los-Anceles Konsulluq Korpusunun, Dövlət Departamentinin nümayəndələri də iştirak ediblər.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR