Bank Of Baku

Ukrayna səfirinin Azərbaycanda diplomatik missiyası başa çatır

Ukrayna səfirinin Azərbaycanda diplomatik missiyası başa çatır
# 09 aprel 2008 14:03 (UTC +04:00)
Bakı. Laçın Sultanova - APA. Azərbaycanın xarici işlər naziri Elmar Məmmədyarov Ukraynanın ölkəmizdəki səfiri Stepan Volkovetskini diplomatik missiyasının başa çatması ilə əlaqədar qəbul edib. XİN mətbuat xidmətindən APA-ya verilən məlumata görə, görüşdə ikitərəfli əlaqələrin yüksək səviyyədə inkişafından razılıq ifadə olunub.
S. Volkovetski beynəlxalq təşkilatlar çərçivəsində, o cümlədən GUAM daxilində qarşılıqlı anlaşmanı yüksək qiymətləndirərək, NATO-nun Buxarest sammitini xatırladıb, ölkəsinin Üzvlük üzrə Əməliyyat Planına qoşulmasına dair sammitdə ifadə olunmuş dəqiq mövqeyin vacibliyini qeyd edib. Nazir E. Məmmədyarov Azərbaycanın NATO ilə əməkdaşlıq çərçivəsində hərbi, siyasi sahələrdə bir sıra islahatların həyata keçirildiyini, Fərdi Tərəfdaşlığı Fəaliyyət Planının (İPAP) birinci mərhələsinin sona çatdığını, bu əməkdaşlığın daha da dərinləşdiriləcəyini diqqətə çatdırıb. Görüşdə, həmçinin Azərbaycan prezidenti İlham Əliyevin may ayında Ukraynaya, Ukrayna prezidenti Viktor Yuşşenkonun isə cari ildə ölkəmizə səfəri məsələlərinə toxunulub.
Sonda nazir səfirə gələcək fəaliyyətində uğurlar arzulayıb.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR