Bank Of Baku

Azərbaycan səfiri Qazaxıstan Senatının sədri ilə görüşüb

Azərbaycan səfiri Qazaxıstan Senatının sədri ilə görüşüb
# 21 may 2008 08:09 (UTC +04:00)
Bakı. Laçın Sultanova - APA. Qazaxıstan Senatının sədri Kasımjomart Tokayev Azərbaycanın Qazaxıstandakı səfiri Lətif Qəndilovu onun xahişi ilə qəbul edib. APA-nın “Kazinforma” istinadən verdiyi məlumata görə, görüşdə Azərbaycan-Qazaxıstan əməkdaşlığının perspektivinin aktual məsələləri, o cümlədən iki ölkə arasında parlamentlərarası dialoqun aktivləşməsi müzakirə edilib. Səfir Qəndilov Milli Məclisin sədri Oqtay Əsədovun iyunda Bakıda Azərbaycan parlamentinin yaradılmasının 90 illiyinə həsr olunmuş tədbirə dəvətini parlament rəhbərinə təqdim edib. K. Tokayev dəvəti qəbul edib.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR