Avropa İttifaqının (Aİ) Qonşuluq və Genişlənmə məsələləri üzrə Komissarı Oliver Varhelyi Azərbaycan-Aİ Əməkdaşlıq Şurasının iclasında müzakirə olunan məsələləri qeyd edib.
APA-nın xəbərinə görə, Oliver Varhelyi bu barədə "Twitter"də bildirib.
"Azərbaycanla Əməkdaşlıq Şurasınn iclasında enerji, ticarət, investisiya və əlaqələnmə sahəsindəki əməkdaşlığımızı müzakirə etdik.
COVID-19 pandemiyası kontekstində, insanların həyatını və dolanışıqlarını qorumaq və iqtisadi bərpa üçün göstərilən səyləri dəstəkləməyə davam edirik", - deyə Aİ diplomatı qeyd edib.