Bank Of Baku

Baş Nazir Əli Əsədov ilə Türkiyənin Vitse-prezidenti arasında telefon danışığı olub

Baş Nazir Əli Əsədov ilə Türkiyənin Vitse-prezidenti arasında telefon danışığı olub
# 29 sentyabr 2020 20:38 (UTC +04:00)

Bu gün Türkiyə Respublikasının Vitse-prezidenti Fuad Oktay Azərbaycan Respublikasının Baş Naziri Əli Əsədova telefonla zəng edib.

Nazirlər Kabinetinin mətbuat xidmətindən APA-ya verilən məlumata görə, Vitse-prezident Fuad Oktay Ermənistanın təcavüzünün qarşısının alınması və işğal olunmuş torpaqların azad edilməsi işində Türkiyənin Azərbaycanın yanında olduğunu və hər cür yardım göstərməyə hazır olduqlarını bildirib.

Baş Nazir Əli Əsədov Türkiyə Respublikası rəhbərliyinin bütün səviyyələrdə Azərbaycana göstərdiyi dəstəyə görə minnətdarlığını ifadə edib.

Telefon danışığı zamanı Baş Nazir Əli Əsədov və Vitse-prezident Fuad Oktay ikitərəfli münasibətlərə dair məsələləri müzakirə ediblər.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR