Ceyhun Bayramovla Qətərin Xarici İşlər naziri arasında telefon danışığı olub

Ceyhun Bayramovla Qətərin Xarici İşlər naziri arasında telefon danışığı olub
# 01 dekabr 2020 23:05 (UTC +04:00)

Dekabrın 1-də Xarici İşlər naziri Ceyhun Bayramovun Qətər Dövlətinin Baş Nazirinin müavini, Xarici İşlər naziri cənab Məhəmməd bin Əbdürrəhman Əl Təni ilə telefon danışığı baş tutub.

Xarici İşlər Nazirliyindən APA-ya verilən məlumata görə, nazirlər bölgədə mövcud son vəziyyəti müzakirə ediblər.

Qətər Xarici İşlər naziri 10 noyabr 2020-ci il tarixində birgə bəyanatın imzalanmasını alqışlayıb və bu razılaşmanın icrasının bölgədə dayanıqlı sülh, təhlükəsizlik və rifahın təmin edilməsi baxımından əhəmiyyətini vurğulayıb.

Nazirlər, həmçinin ikitərəfli münasibətlərdən bəhs edərək, ölkələr arasında mövcud olan sıx dostluq və əməkdaşlıq əlaqələrinin inkişafı, eləcə də çoxtərəfli formatlarda əməkdaşlıq məsələlərinə dair fikir mübadiləsi aparıblar.

Tərəflər, habelə qarşılıqlı maraq doğuran digər məsələləri müzakirə ediblər.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR