Endrü Şofer: "Hamımız anlayırıq və etiraf edirik ki, indi qarşımızda yeni reallıqdır"

Endrü Şofer: "Hamımız anlayırıq və etiraf edirik ki, indi qarşımızda yeni reallıqdır"
# 12 dekabr 2020 19:13 (UTC +04:00)

“Anlayırıq ki, hazırda yeni vəziyyət yaranıb. Hamımız anlayırıq və etiraf edirik ki, indi qarşımızda yeni reallıqdır. Hesab edirəm ki, Sizinlə söhbət aparmağımın əsas səbəbi Sizin mövqeyinizi daha yaxşı anlamaq idi. Siz həmin mövqeyi açıqladınız və bir azdan biz hadisələrin sonra necə cərəyan edəcəyi ilə bağlı təfərrüatları müzakirə edəcəyik”.

APA-nın məlumatına görə, bunu ATƏT-in ABŞ-dan olan həmsədri Endrü Şoferi Azərbaycan Prezidenti İlham Əliyevlə görüşü zamanı deyib.

“Hazırda cari vəziyyət fərqlidir. Bilmək istərdim, Siz gələcəyi, ümumiyyətlə, necə görürsünüz? Xüsusən də Madrid prinsiplərində deyilir ki, xətlər və kommunikasiyalar açılsın, münasibətlər yenidən qurulsun, regionda bütün xalqlar üçün müsbət mühit yaradılsın. Əgər, bunlar sizin mövqeyinizin bir hissəsidirsə, onda, fikrimcə, buna nail olunmasında bizim və ölkələrimizin oynayacağı rol ola bilər. Biz bunu Sizdən eşitmək istərdik, gələcəkdə hansı addımları atmaq istəyirsiniz? Bildiyiniz kimi, bundan sonra, biz İrəvana gedəcəyik və digər tərəflə də eyni söhbət aparacağıq. Bizim daha təfərrüatlı müzakirələrimiz olacaq”, - deyə həmsədr bildirib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR