“Azərbaycanın tarixi qələbəsindən sonra Prezidentimiz Rəcəb Tayyib Ərdoğanın Bakı səfəri çox önəmlidir”.
APA-nın yerli bürosunun xəbərinə görə, bunu Türkiyənin hakim Ədalət və İnkişaf Partiyasının (AK Parti) sözçüsü Ömer Çelik media nümayəndələrilə görüşdə bildirib.
AK Parti sözçüsü deyib ki, Ərdoğanın rəhbərliyilə Türkiyəli heyət 9-10 dekabrda Azərbaycanda səfərdə olacaq: “Azərbaycana aid torpaqlar artıq əsl sahibindədir”.
Ö. Çelik deyib ki, Dağlıq Qarabağda atəşkəsə nəzarət üzrə Rusiya-Türkiyə Mərkəzində Türkiyə Silahlı Qüvvələrinin hərbçiləri ən yaxın zamanda fəaliyyətə başlayacaq: “Silahlı Qüvvələrimizin vəzifələrinə başlamaq üçün bütün hazırlıqlar tamamlanıb. Yaxında hərbçilərimiz post-patrul xidməti üçün regionda yer alacaq”.