Bank Of Baku

Prezident İlham Əliyev Peru Prezidentini təbrik edib

Prezident İlham Əliyev Peru Prezidentini təbrik edib
# 27 iyul 2020 16:03 (UTC +04:00)

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Peru Respublikasının Prezidenti  Martin Vizkarra Kornexoya ölkənin Müstəqillik günü münasibətilə təbrik məktubu ünvanlayıb.

APA-nın məlumatına görə, təbrikdə deyilir:

“Hörmətli cənab Prezident,

Ölkənizin milli bayramı – Müstəqillik Günü münasibətilə Sizi və Peru xalqını öz adımdan və Azərbaycan xalqı adından səmimi qəlbdən təbrik edirəm.

Azərbaycan-Peru dostluq münasibətlərinin həm ikitərəfli əsasda, həm də çoxtərəfli platformalarda daha da inkişafı üçün imkanlar mövcuddur.

Belə bir xoş gündə Sizə möhkəm cansağlığı, işlərinizdə uğurlar, xalqınıza daim firavanlıq arzulayıram”.

 

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR