Bank Of Baku

ABŞ-ın müvəqqəti işlər vəkili: Son bir ildə Azərbaycan və Ermənistan liderləri Ağ Ev sammitinin ruhuna sadiq olduqlarını nümayiş etdirib - VİDEO

ABŞ-ın Azərbaycandakı müvəqqəti işlər vəkili Emi Karlon

© APA | ABŞ-ın Azərbaycandakı müvəqqəti işlər vəkili Emi Karlon

# 08 avqust 2026 12:04 (UTC +04:00)

ABŞ-ın Azərbaycandakı müvəqqəti işlər vəkili Emi Karlon Azərbaycan və Ermənistan arasında Vaşinqtonda əldə olunmuş razılaşmanın birinci ildönümü ilə bağlı video müraciət yayıb.

APA xəbər verir ki, ABŞ-ın Azərbaycandakı səfirliyinin sosial hesablarında səhifəsində yayımlanan müraciətdə diplomat ötən bir il ərzində Azərbaycan və Ermənistan arasında sülh prosesində, eləcə də ABŞ-Azərbaycan münasibətlərində əldə olunan irəliləyişlərdən danışıb.

Karlon bildirib ki, düz bir il əvvəl – 8 avqust 2025-ci ildə ABŞ Prezidenti Donald Tramp Azərbaycan Prezidenti İlham Əliyev və Ermənistanın Baş naziri Nikol Paşinyanı Ağ Evdə keçirilən tarixi sülh sammitində qəbul edib.

“Həmin gün üç lider üç onillikdən artıq davam edən münaqişədən sonra Azərbaycan və Ermənistan arasında davamlı sülhün təməlini qoyan sazişi parafladılar”, – deyə o qeyd edib.

Diplomatın sözlərinə görə, son bir il ərzində Azərbaycan və Ermənistan liderləri Ağ Ev sammitinin ruhuna sadiq olduqlarını nümayiş etdirib və davamlı sülhə doğru konkret addımlar atıblar.

“Avqustun 8-dən bəri Azərbaycan və Ermənistan liderləri Ağ Ev sammitinin ruhuna sadiq qalmaqda sarsılmaz öhdəlik nümayiş etdirib və davamlı sülhə doğru cəsarətli və konkret addımlar atıblar”, – Karlon vurğulayıb.

O bildirib ki, bir il ərzində vətəndaş cəmiyyəti arasında müntəzəm təmaslar və ilkin sərhədyanı ticarət əlaqələri yaranıb. Diplomat xüsusilə Ermənistanın Azərbaycandan müntəzəm yanacaq almağa başlamasını qeyd edib.
Karlon avqustun 8-də əldə olunan razılaşmaların əsas elementlərindən birinin Trampın Beynəlxalq Sülh və Rifah Marşrutu – TRIPP layihəsinin yaradılması olduğunu bildirib.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR