ABŞ Dövlət Departamentinin Qafqaz üzrə yeni baş müşaviri Filip Riker Şəhidlər xiyabanını ziyarət edib.
APA-nın xəbərinə görə, bu barədə ABŞ-ın Azərbaycandakı səfirliyi “Twitter”də məlumat yayıb.
“ABŞ Dövlət Departamentinin Qafqaz üzrə yeni baş müşaviri Filip Riker Şəhidlər xiyabanını ziyarət edib. Biz münaqişə səbəbi ilə sevdiklərini itirən ailələrə və dostlara başsağlığı veririk”, - paylaşımda qeyd olunub.