Bank Of Baku

ABŞ-nin Qafqaz danışıqları üzrə baş müşaviri regiona səfər edib

ABŞ-nin Qafqaz danışıqları üzrə baş müşaviri regiona səfər edib
# 08 yanvar 2024 13:45 (UTC +04:00)

ABŞ Dövlət Departamentinin Qafqaz danışıqları üzrə baş müşaviri Lui Bono İrəvana səfər edib.

APA xəbər verir ki, Lui Bono Ermənistan Təhlükəsizlik Şurasının katibi Armen Qriqoryanla görüşüb.

“Biz Ermənistan-Azərbaycan münasibətlərinin nizamlanması prosesini, son danışıqlar və bu çərçivədə əldə olunmuş razılaşmaların həyata keçirilməsini müzakirə etdik.

Mən bir daha Ermənistan tərəfinin regionda uzunmüddətli və hərtərəfli sülhün bərqərar olmasına sadiqliyini təsdiqlədim”, - Ermənistan Təhlükəsizlik Şurasının katibi sosial şəbəkə hesabında bildirib.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR