Bank Of Baku

ABŞ səfiri: “Azərbaycan sərhədlərində narkotiklərin müsadirəsi iki dəfə artıb”

Li Litzenberqer

© APA | Li Litzenberqer

# 16 fevral 2022 15:15 (UTC +04:00)

“Bizim siyasətimiz nə Ermənistana, nə də Azərbaycana silah verməkdir, çünki biz həmişə münaqişənin həllini istəmişik”.

APA-nın xəbərinə görə, bu barədə ABŞ-ın Azərbaycandakı səfiri Li Litzenberqer ABŞ-Azərbaycan diplomatik münasibətlərinin 30 illiyinə həsr olunmuş dəyirmi masada deyib.

Səfirin sözlərinə görə, bu məsələdə Rusiyanın baxışı fərqlidir, belə ki, Rusiya hər iki ölkəyə silah satır.

“Lakin bu, Azərbaycana öz sərhədlərini qorumaq üçün təhlükəsizlik yardımı göstərməyimizə mane olmadı və biz təlimlər keçirdik və ölkəni yeni avadanlıqlarla təmin etdik”, - diplomat bildirib.

Li Litzenberqer qeyd edib ki, ABŞ-ın təşkil etdiyi treninqlər və verdiyi avadanlıqlar sayəsində Azərbaycan sərhədlərində narkotiklərin müsadirəsi ötən il iki dəfə artıb və bu rəqəmin 2022-ci ildə üç dəfə artması gözlənilir.

İki il ərzində ABŞ ümumilikdə Azərbaycana təhlükəsizlik sahəsində 100 mln. dollar yardım edib.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR