Bank Of Baku

ABŞ səfiri: "CQD-nin Avropanın enerji təhlükəsizliyində əvəzsiz rolu var"

Li Litzenberger

© APA | Li Litzenberger

# 04 fevral 2022 18:49 (UTC +04:00)

Cənub Qaz Dəhlizinin Avropanın enerji təhlükəsizliyində əvəzsiz rolu var.

APA-nın xəbərinə görə, bu barədə ABŞ-ın Azərbaycandakı səfiri Li Litzenberger deyib.

“ABŞ Azərbaycanla iqtisadi, enerji və təhlükəsizlik sahəsində əməkdaşlıq üzrə 30 illik tərəfdaşlığı yüksək qiymətləndirir”, - ABŞ diplomatı bildirib.

Səfir Cənub Qaz Dəhlizinin Avropanın enerji təhlükəsizliyində əvəzsiz rolunu vurğulayıb.

Qeyd edək ki, ABŞ Dövlət Departamentinin qlobal enerji təhlükəsizliyi üzrə baş müşaviri Amos Hohştayn və ABŞ-ın Azərbaycandakı səfiri Litzenberger fevralın 4-də Cənub Qaz Dəhlizi Məşvərət Şurası Nazirlərinin 8-ci toplantısında iştirak edib.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR