Bank Of Baku

ABŞ səfirliyində "açıq qapı" günü keçirilib - FOTO

ABŞ səfirliyində "açıq qapı" günü keçirilib - FOTO
# 19 aprel 2022 16:41 (UTC +04:00)

Azərbaycan-ABŞ diplomatik münasibətlərinin 30-cu ildönümünü çərçivəsində keçirilən silsilə tədbirlər çərçivəsində ABŞ səfirliyində tələbələr və media nümayəndələri üçün “açıq qapı” günü təşkil olunub.

APA xəbər verir ki, səfirliyin əməkdaşlarının təşkilatçılığı ilə ABŞ və Azərbaycan arasında əməkdaşlığı və onun gələcək imkanlarını, prioritetlərini vurğulayan sərgi və stendlər açılıb.

Qonaqları salamlayan ABŞ səfiri Li Litzenberqer bildirib ki, ABŞ və Azərbaycan 30 ildir ki, qanunun aliliyi, insan haqları, iqtisadiyyat, enerji və təhlükəsizlik sahəsində əməkdaşlıq edir: “Azərbaycanın dostu kimi ABŞ sülhə nail olmağa və bütün regionun çiçəklənməsinə kömək etmək üçün iqtisadi, nəqliyyat və insanlar arasında əlaqələrinin qurulmasına kömək etməyə hazırdır”.

Diplomat deyib ki, bu tədbir çərçivəsində tələbələr ABŞ-da təhsil imkanları, səfirlikdə iş imkanları və iki ölkənin tarixi barədə informasiya ala biləcəklər.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR