Bank Of Baku

ABŞ Türkiyə-Ermənistan dialoqunda rol oynamağa hazırdır

Karen Donfrid

© APA | Karen Donfrid

# 01 fevral 2022 19:08 (UTC +04:00)

“ABŞ Türkiyə-Ermənistan arasında barışığın təbliğində də rol oynamağa hazırdır. Biz hər iki ölkənin diplomatiya və dialoq qurmasını alqışlayırıq”.

APA-nın xəbərinə görə, bunu ABŞ Dövlət katibinin Avropa və Avrasiya məsələləri üzrə köməkçisi Karen Donfrid “Caspian Policy Center”in təşkil etdiyi “ABŞ-Xəzər Diplomatik Münasibətlərinin 30 ili” adlı vebinarda çıxışı zamanı deyib.

O, Ermənistan və Türkiyə xüsusi nümayəndələrinin yanvarda keçirilən birinci görüşündən mütəəssir olduqlarını vurğulayıb.

“Türkiyə-Ermənistan dialoqu regional sabitliyi artırmaq və region üçün daha firavan gələcək yaratmaq potensialına malikdir”, - Donfrid qeyd edib.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR