“Avropa İttifaqı Ermənistan və Azərbaycana texniki yardım göstərməklə sərhədlərin delimitasiyası və demarkasiyası məsələlərində kömək edəcək”.
APA xəbər verir ki, bunu Avropa İttifaqı Şurasının Prezidenti Şarl Mişel Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və Ermənistan Respublikasının Baş naziri Nikol Paşinyanla keçirdiyi birgə görüşdən sonra verdiyi bəyanatında vurğulayıb.
Şarl Mişel qeyd edib ki, sərhədlərin demarkasiyası və delimitasiyasına dəstək üçün ekspertlər (məsləhətçilər qrupu) təqdim edəcək.