Bank Of Baku

Aİ minatəmizləmə ilə bağlı Azərbaycanda 1,5 milyon avroluq layihə həyata keçirir

Aİ minatəmizləmə ilə bağlı Azərbaycanda 1,5 milyon avroluq layihə həyata keçirir
# 04 may 2022 16:18 (UTC +04:00)

Minalardan təmizlənmə ilə bağlı Azərbaycan hökuməti ilə davamlı təmasdayıq və bununla bağlı 1,5 milyon avro dəyərində layihə həyata keçirilir.

APA xəbər verir ki, bu barədə Avropa İttifaqının (Aİ) Azərbaycandakı Nümayəndəliyinin rəhbəri Peter Mixalko deyib.

“Həmçinin minalarla bağlı maarifləndirmə tədbirlərinin təşkilinə maliyyə yardımı ayırmışıq. Biz ANAMA-nı UNDP vasitəsilə dəstəkləyirik. Hazırkı maliyyə paketi 2,5 milyon avrodur”, - diplomat qeyd edib.

Peter Mixalko ANAMA-da görüşlər keçirdiyini vurğulayıb: “Biz ANAMA-nın işini təqdir edirik. Hazırda Azərbaycanın qarşısında böyük bir iş var. Biz bir çox məsələlərdə yardım etmək üçün Azərbaycana yardımın növbəti paketinin hazırlanması üzərində işləyirik”.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR