Bank Of Baku

Albaniya Prezidenti Azərbaycanın 2019-cu ildəki zəlzələdə göstərdiyi yardımı yüksək dəyərləndirib

Albaniya Prezidenti Azərbaycanın 2019-cu ildəki zəlzələdə göstərdiyi yardımı yüksək dəyərləndirib
# 15 noyabr 2022 17:33 (UTC +04:00)

“Əslində, turizm ölkələrimizin iqtisadiyyatlarının digər mühüm sahəsidir. Azərbaycan uğurlu təcrübəni özündə əks etdirir. Biz bundan yararlana bilərik”.

APA xəbər verir ki, bunu Albaniya Respublikasının Prezidenti Bayram Beqay Prezident İlham Əliyevlə mətbuata bəyanatlarla çıxış edən zaman bildirib.

“Mən cənab Prezidentə bəyan etdim ki, bu sahədə Azərbaycan tərəfindən qoyulacaq sərmayələri yüksək dəyərləndirərdik. Eyni zamanda, mədəniyyət sahəsində birgə işləməliyik ki, xalqlarımız daha yaxın olsun, bir-birini tanısın. Bununla bağlı iki tərəf arasında yeni sazişlər imzalana bilər. Bilirik ki, mədəniyyət və incəsənət sahəsinə aid olan minlərlə eksponat nümayiş etdirilə bilər. Cənab Prezident, mən Sizə bildirdim ki, bu, irsimizin qorunmasına töhfə verəcəkdir. 2019-cu ildə baş vermiş zəlzələdə də göstərilən yardımı yüksək dəyərləndiririk”, - Bayram Beqay deyib.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR