Almaniya səfiri Ağdama səfər edib - FOTO

Volfqanq Maniq, Emin Hüseynov, Tobias Baumann

© APA | Volfqanq Maniq, Emin Hüseynov, Tobias Baumann

# 15 oktyabr 2021 15:33 (UTC +04:00)

Almaniyanın Azərbaycandakı səfiri Volfqanq Maniq Ağdama səfər edib.

APA-nın xəbərinə görə, bu barədə almaniyalı diplomat “Twitter”də bildirib.

Səfər zamanı səfiri Alman-Azərbaycan Xarici Ticarət Palatasının icraçı direktoru Tobias Baumann müşayiət edib.

Azərbaycan Respublikası Prezidentinin Ağdam rayonundakı xüsusi nümayəndəsi Emin Hüseynov qonaqları Ağdamda aparılan yenidənqurma işləri barədə məlumatlandırıb.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR