Bank Of Baku

Ankarada Azərbaycan, Türkiyə və ŞKTC parlamentarilərinin iclası keçiriləcək

Ankarada Azərbaycan, Türkiyə və ŞKTC parlamentarilərinin iclası keçiriləcək
# 25 sentyabr 2025 15:38 (UTC +04:00)

Sentyabrın 26-da və 27-də Ankarada Türkiyə Böyük Millət Məclisinin(TBMM) təşkilatçılığı ilə Azərbaycan-Türkiyə, Azərbaycan-Şimali Kipr Türk Cümhuriyyəti (ŞKTC) və Türkiyə-ŞKTC parlamentlərarası əlaqələr üzrə işçi qruplarının rəhbərləri və üzlərinin birgə “Üç dövlət, bir millət” adlı ikinci iclası keçiriləcək.

Milli Məclisin Mətbuat və ictimaiyyətlə əlaqələr şöbəsindən APA-ya verilən xəbərə görə, İclasda Milli Məclisin Səhiyyə komitəsinin sədri, Azərbaycan-Türkiyə parlamentlərarası əlaqələr üzrə işçi qrupunun rəhbəri Əhliman Əmiraslanov, deputatlardan ŞKTC ilə parlamentlərarası əlaqələr üzrə işçi qrupunun rəhbəri Cavanşir Feyziyev, Eldar Quliyev və Anar Məmmədov iştirak edəcəklər.

Səfər çərçivəsində Milli Məclisin deputatlarının TBMM-də bir sıra görüşləri də nəzərdə tutulub.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR