Oktyabrın 18-də Ankarada Azərbaycan Respublikasının müstəqilliyinin bərpa edilməsinin 30-cu ildönümü və Azərbaycan şairi və mütəfəkkiri Nizami Gəncəvinin 880 illiyilə əlaqədar tədbir keçiriləcək.
APA-nın yerli bürosunun xəbərinə görə, tədbir Azərbaycanın Türkiyədəki Səfirliyinin, YUNESKO üzrə Türkiyə və Azərbaycan milli komissiyalarının təşkilatçılığı ilə Türkiyə Prezident Adminstrasiyasının Simfonik Orkestr binasında baş tutacaq.
Tədbirdə Türkiyənin rəsmi rəsmiləri, Türkiyə və Azərbaycan parlamentariləri iştirak edəcək.
Qeyd edək ki, sabah Türkiyə Böyük Millət Məlisində (TBMM) Azərbaycan, Türkiyə və Gürcüstan parlamentlərinin Xarici əlaqələr komitələrinin üçtərəfli görüşü keçiriləcək. Həmin gün TBMM-də Azərbaycan və Gürcüstan parlamentariləri Türkiyə Parlamentinin Xarici İşlər Komissiyasının rəhbəri Akif Çağatay Kılıç tərəfindən qəbul ediləcək,
Bu məqsədlə Milli Məclisin Beynəlxalq münasibətlər və parlamentlərarası əlaqələr komitəsinin sədri Səməd Seyidov, deputatlardan Sevinc Fətəliyeva, Tural Gəncəliyev, Sahib Alıyev bu gün Ankaraya səfər edəcəklər.
Oktyabrın 19-da isə Azərbaycan, Türkiyə və Gürcüstan parlamentlərinin Xarici əlaqələr komitələri nümayəndələrinin ortaq mətbuat konfransı keçiriləcək.
Ankarada Azərbaycanın müstəqilliyinin bərpa edilməsinin 30-cu ildönümü ilə əlaqədar tədbir keçiriləcək
17 oktyabr 2021 21:36 (UTC +04:00)
Xarici siyasət
Hikmət Hacıyev: “Azərbaycan COP29 tədbirləri zamanı ölkələri atəşkəs bağlamağa dəvət edə bilər”
18:02
5 may 2024
BMT Baş katibinin köməkçisi Emənistanın Azərbaycanla sərhəd bölgələrinə səfər edəcək
14:35
5 may 2024
Azərbaycanla Qambiya arasında diplomatik passport sahibləri üçün viza rejimi ləğv edilib
23:10
4 may 2024
Ceyhun Bayramov İƏT-in Qida Təhlükəsizliyi üzrə baş direktoru ilə görüşüb
22:46
4 may 2024