Paşha Bank
Bank Of Baku

AQEM Media Forumunda növbəti panel sessiyası keçirilib - FOTO

AQEM Media Forumunda növbəti panel sessiyası keçirilib - FOTO
# 01 oktyabr 2026 13:11 (UTC +04:00)

Bakıda keçirilən “Qütbləşmiş dünyada media vasitəsilə etimadın qurulması” mövzusunda Asiyada Qarşılıqlı Fəaliyyət və Etimad Tədbirləri üzrə Müşavirənin (AQEM) Media Forumunda “Sosial həmrəyliyin və mədəniyyətlərarası dialoqun gücləndirilməsində medianın rolu” mövzusuna həsr edilmiş ikinci panel sessiyası keçirilib.

APA xəbər verir ki, paneldə çıxış edən Pakistan İslam Respublikasının Federal Təhsil və Peşə Təhsili üzrə dövlət naziri Vəcihə Qamar forumun keçirilməsinə görə Azərbaycan hökumətinə, AQEM-in Azərbaycan sədrliyinə və Katibliyinə təşəkkür edib.

Özbəkistan Respublikası Prezidentinin Administrasiyası yanında Kütləvi İnformasiya Vasitələri üçün Kontentin İstehsalı Mərkəzinin direktoru Kobuljon Əhmədov da təşkilatçılara və azərbaycanlı həmkarlarına təşəkkür edib.

O, Özbəkistan Prezidenti Şavkat Mirziyoyevin rəhbərliyi ilə qarşılıqlı və konstruktiv dialoq, əməkdaşlıq və xarici aləmə açıqlıq siyasətinin həyata keçirildiyini qeyd edib. Bildirib ki, bunun nəticəsində Özbəkistan region ölkələri ilə əməkdaşlığını qarşılıqlı etimad və hörmət prinsipləri əsasında daha da möhkəmləndirib.

Fələstinin Qazaxıstandakı səfiri Montasir Abuzeid qarşılıqlı anlaşma və etimadın Fələstin üçün xüsusi əhəmiyyət daşıdığını bildirib. O, medianın dövlətlər və xalqlar arasında anlaşma və etimadın möhkəmləndirilməsində mühüm rol oynadığını vurğulayıb.

İordaniya Haşimilər Krallığının Hökumət Kommunikasiya Nazirliyinin baş katibi Dr. Zeyd Əl-Nəvaysə medianın əsas missiyasının cəmiyyətin bütün üzvlərini məlumatlandırmaq olduğunu bildirib. O, böhranlar zamanı medianın rolunun daha da artdığını və belə şəraitdə həqiqətin aydın şəkildə çatdırılmasının vacibliyini qeyd edib.

Qırğız Respublikasının Mədəniyyət, İnformasiya və Gənclər Siyasəti nazirinin müavini Salkin Sarnogoeva media və sosial şəbəkələrin xalqlar arasında etimadın möhkəmləndirilməsində mühüm rol oynadığını bildirib.

O, müasir media ekosistemində ənənəvi KİV-lərlə yanaşı, sosial şəbəkələr, bloqerlər və influenserlərin də mühüm yer tutduğunu qeyd edib.

Kamboca İnformasiya Nazirliyinin dövlət katibinin müavini Prak Thaveak Amida jurnalistlər arasında fikir və təcrübə mübadiləsinin əhəmiyyətini vurğulayıb.

O bildirib ki, jurnalistlər arasında mübadilə mexanizmləri qurulmalı, fikir və bilik mübadiləsi jurnalist fəaliyyətinin ayrılmaz hissəsinə çevrilməlidir.

Panel müzakirələrlə davam edib.

İlqar Xudiyev
Gülcahan İmanqızı

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR