Bank Of Baku

ATƏT sədrinin keçmiş Ermənistan-Azərbaycan münaqişəsi üzrə xüsusi nümayəndəsinin fəaliyyətinə xitam verilib

Anjey Kaspşik

© APA | Anjey Kaspşik

# 01 sentyabr 2025 14:51 (UTC +04:00)

ATƏT-in fəaliyyətdə olan sədrinin keçmiş Ermənistan-Azərbaycan münaqişəsi üzrə xüsusi nümayəndəsinin fəaliyyətinə xitam verilib.

XİN-dən APA-ya verilən xəbərə görə, Azərbaycan Respublikasının Prezidenti və Ermənistan Respublikasının Baş nazirinin ABŞ Prezidentinin dəvəti və iştirakı ilə 8 avqust 2025-ci il tarixində Vaşinqton şəhərində baş tutmuş görüşü çərçivəsində Azərbaycan və Ermənistan xarici işlər nazirlərinin ATƏT-in Fəaliyyətdə olan Sədrinə ünvanlanmış birgə müraciət məktubuna uyğun olaraq, ATƏT-in Minsk Prosesinin, ATƏT-in Fəaliyyətdə olan Sədrinin ATƏT-in Minsk Konfransının məşğul olduğu münaqişə üzrə Şəxsi Nümayəndəsinin və Yüksək Səviyyəli Planlaşdırma Qrupunun fəaliyyətinə 1 sentyabr tarixindən etibarən xitam verilib.

Qeyd edək ki, 1 sentyabr 2025-ci il tarixində ATƏT Nazirlər Şurası tərəfindən ATƏT-in Minsk Prosesi və əlaqəli strukturlarının bağlanmasına dair qərar qəbul olunub.

Xatırladaq ki, ATƏT-in fəaliyyətdə olan sədrinin keçmiş Ermənistan-Azərbaycan münaqişəsi üzrə xüsusi nümayəndəsinin vəzifəsində polşalı diplomat Anjey Kaspşik çalışıb.

Anjey Kaspşik bu vəzifəni 1997-ci ilin yanvar ayından tutub.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR