Bank Of Baku

Avropa Komissiyası: Trans-Avropa nəqliyyat şəbəkəsi üzrə Azərbaycana 2 milyard avrodan çox investisiya yatırılacaq

Avropa Komissiyası: Trans-Avropa nəqliyyat şəbəkəsi üzrə Azərbaycana 2 milyard avrodan çox investisiya yatırılacaq
# 11 oktyabr 2019 10:39 (UTC +04:00)

“Trans-Avropa nəqliyyat şəbəkəsi çərçivəsində Azərbaycana 2 milyard avrodan çox investisiya qoyuluşu nəzərdə tutulub”.

APA-nın verdiyi xəbərə görə, bunu Avropa Komissiyasının Qonşuluq və Genişlənmə Danışıqları üzrə Baş Direktorluğunun bölmə rəhbəri Vasilis Maraqos deyib.  

O bildirib ki, bu, beynəlxalq maliyyə qurumlarının dəstəyi ilə həyata keçiriləcək və bununla bağlı fəaliyyət planı hazırlanıb.

“Lakin işlər bununla yekunlaşmayacaq. Biz dövlət institutlarına, hüquq xidməti göstərən sahələrə maliyyə yatırırıq”, - deyə V. Maraqos qeyd edib.

O vurğulayıb ki, son illər Avropa İttifaqının özəl sektorla əməkdaşlığı Azərbaycanda 3000-ə yaxın iş yerinin açılmasına səbəb olub.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR