Avropa Parlamentinin deputatı Şuşada olub - FOTO

Avropa Parlamentinin deputatı Şuşada olub - FOTO
# 15 may 2024 17:00 (UTC +04:00)

Mayın 15-də ölkəmizdə səfərdə olan Avropa Parlamentinin deputatı Xaviyer Nart Şuşa şəhərində olub.

Milli Məclisin Mətbuat və ictimaiyyətlə əlaqələr şöbəsindən APA-ya verilən xəbərə görə, Şuşa şəhərinə gələn qonağa şəhərin tarixi, işğal dövründəki vəziyyəti və Şuşada Prezident İlham Əliyevin və Birinci vitse-prezident Mehriban xanım Əliyevanın birbaşa nəzarəti altında aparılan quruculuq işləri, şəhərdəki tarixi abidələrin bərpası, nəzərdə tutulan planlar, Şuşa sakinlərinin öz doğma şəhərlərinə qayıdışı prosesinə başlanıldığı barədə məlumat verilib.

Xaviyer Nart burada nümayəndəliyin inzibati binasında, Şəhər Meydanında, Vaqifin məqbərəsində, Cıdır düzündə olub, Şuşanın Qala divarlarını seyr edib.

Avropa Parlamentinin deputatını Milli Məclisin Avropa İttifaqı-Azərbaycan Parlament Əməkdaşlıq Komitəsində Azərbaycan nümayəndə heyətinin rəhbəri Tural Gəncəliyev və digər rəsmi şəxslər müşayiət ediblər.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR