Avropa Şurası Azərbaycanın sülhün təmin edilməsi istiqamətində atdığı addımları təqdir edir

Avropa Şurası Azərbaycanın sülhün təmin edilməsi istiqamətində atdığı addımları təqdir edir
# 08 dekabr 2023 13:18 (UTC +04:00)

Avropa Şurası Azərbaycanın regionda davamlı sülhün təmin edilməsi istiqamətində atdığı addımları təqdir edir.

APA xəbər verir ki, bu barədə Avropa Şurasının Baş katibi Mariya Peyçinoviç Buriç Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev tərəfindən dekabrın 8-də qəbul edilən zaman bildirib.

Mariya Peyçinoviç Buriç bu xüsusda Azərbaycan Respublikası Prezidentinin Administrasiyası və Ermənistan Respublikası baş nazirinin Aparatı arasında qəbul olunmuş birgə bəyanatı və bundan irəli gələn məsələləri, xüsusilə iki ölkə arasında etimad quruculuğu tədbirləri istiqamətində atılan addımları yüksək qiymətləndirdiklərini bildirib, Azərbaycan ilə Ermənistan arasında etimad quruculuğu proseslərinə Avropa Şurasının töhfə verməyə hazır olduğunu vurğulayıb.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR