Milli Məclisin ATƏT PA-dakı nümayəndə heyətinin rəhbəri, bu qurumun vitse-prezidenti və Cənub-Şərqi Avropa üzrə xüsusi nümayəndəsi Azay Quliyev noyabrın 22-dən Yunanıstanda səfərdə olacaq.
Milli Məclisin Mətbuat və ictimaiyyətlə əlaqələr şöbəsindən APA-ya verilən məlumata görə, səfər çərçivəsində Azay Quliyevin ATƏT PA-nın Cənub-Şərqi Avropa üzrə xüsusi nümayəndəsi mandatı çərçivəsində Yunanıstanın dövlət və hökumət rəsmiləri ilə, həmçinin Yunanıstan Parlamentində bir sıra görüşləri nəzərdə tutulur.
Görüşlərdə Cənub-Şərqi Avropa regionunda parlament ölçüsü çərçivəsində dialoq və əməkdaşlığın hazırkı vəziyyəti müzakirə olunacaq.
Azay Quliyev Yunanıstanda fəaliyyət göstərən siyasi partiya rəhbərləri və Yunanıstanın ATƏT PA-dakı nümayəndə heyətinin üzvləri ilə də görüşüb qarşılıqlı maraq doğuran məsələlər ətrafında fikir mübadiləsi aparacaq.
Səfər noyabrın 24-də başa çatacaq.
Azay Quliyev Yunanıstana səfər edəcək
© APA | Azay Quliyev, Milli Məclisin ATƏT PA-dakı nümayəndə heyətinin rəhbəri
22 noyabr 2021 16:24 (UTC +04:00)
Xarici siyasət
Avropa Komissiyasının rəsmisi: Azərbaycanla əməkdaşlığın yeni erasındayıq - MÜSAHİBƏ
13:28
3 may 2024
UNESCO nümayəndəsi: Azərbaycandakı mina problemi haqqında Avropada demək olar ki, məlumat yoxdur
13:08
3 may 2024
Ceyhun Bayramov Qambiyaya işgüzar səfərə yola düşüb
13:00
3 may 2024
Hikmət Hacıyev: Ermənistanın basdırdığı saysız-hesabsız minalar humanitar fəaliyyətə ciddi təsir edir
12:13
3 may 2024