Azərbaycan 44 günlük müharibədə ölmüş daha 3 erməni hərbçinin qalıqlarını qarşı tərəfə verib.
APA-nın erməni mətbuatına istinadən verdiyi məlumata görə, meyitlər sentyabrın 28-də Şuşada verilib.
Meyitləri verilən hərbçilərin kimliyi məhkəmə-tibbi ekspertizadan sonra məlum olacaq.
Qeyd edək ki, Azərbaycanın işğaldan azad olunmuş ərazilərində indiyədək 1673 erməni hərbçinin meyiti və meyitinin qalıqları tapılıb.