Bank Of Baku

Azərbaycan Ermənistanla qeyd-şərtsiz delimitasiya prosesinə başlamağa hazırdır

Ceyhun Bayramov

© APA | Ceyhun Bayramov

# 04 fevral 2022 18:36 (UTC +04:00)

“Mən Azərbaycanın Ermənistanla delimitasyia və demarkasiya prosesinə qeyd-şərt olmadan başlamağa hazır olduğunu nəzərə çatdırdım”.

APA-nın xəbərinə görə, bunu bu gün Avropa İttifaqının (Aİ) Qonşuluq və Genişlənmə üzrə komissarı Oliver Varhelyi ilə görüşdən sonra keçirilən mətbuat konfransında Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov bildirib.

C. Bayramov deyib ki, yüz minlərlə insanın azad olunmuş torpaqlara qaytarılmasının, təhlükəsizliyi təşviq edən şəraitin yaradılması önəmlidir: “Bu istiqamətdə də müzakirələr oldu. Bütün bunlar Avropa İttifaqı və Azərbaycan arasında əməkdaşlıq gündəliyinin nə dərəcədə geniş olduğunu göstərir. İnanırıq ki, bu görüşdə aparılan müzakirələr yaxın aylarda nəticələr verəcək”.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR