Bank Of Baku

Azərbaycan ilə BQXK arasında gələcək tərəfdaşlıq imkanları müzakirə olunub

Azərbaycan ilə BQXK arasında gələcək tərəfdaşlıq imkanları müzakirə olunub
# 25 sentyabr 2025 01:46 (UTC +04:00)

Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov BMT Baş Assambleyasının 80-ci sessiyası çərçivəsində Beynəlxalq Qırmızı Xaç Komitəsinin (BQXK) prezidenti Miryana Spolyariçlə görüşüb.

APA xəbər verir ki, bu barədə nazirliyin "X" hesabında məlumat yayılıb.

Görüşdə Azərbaycan ilə BQXK arasında əməkdaşlıq məsələləri və gələcək tərəfdaşlıq imkanları müzakirə olunub.

Nazir Ceyhun Bayramov, azərbaycanlı itkinlərin taleyinin aydınlaşdırılması istiqamətində Beynəlxalq Qırmızı Xaç Komitəsinin səylərinin xüsusi əhəmiyyət daşıdığını vurğulayıb.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR