Bank Of Baku

Azərbaycan-Sakit Okean Alyansı əlaqələri müzakirə edilib

Fərid Şəfiyev

© APA | Fərid Şəfiyev

# 21 aprel 2022 13:05 (UTC +04:00)

Azərbaycanla Latın Amerikası arasında rabitə rolunu oynayan “Sakit Okean Alyansı” mövzusunda müzakirə keçirilib.

APA xəbər verir ki, müzakirə Beynəlxalq Münasibətlərin Təhlili Mərkəzində baş tutub.

Mərkəzin sədri Fərid Şəfiyev deyib ki, Azərbaycan Latın Amerikası regionu ilə münasibətlərə önəm verir. O bildirib ki, Azərbaycanın Latın Amerikası ölkələri ilə bu Alyans çərçivəsində fəal xarici siyasət aparmasının bir sıra səbəbləri var. Bu həm iqtisadi, həm də siyasi səbəblərlə bağlıdır: “Azərbaycan indi qeyri-neft sektorunu inkişaf etdirir və bu istiqamətdə Latın Amerikası regionunda yeni perspektivlər var. Azərbaycanın bu regionun ölkələri ilə ticarət əlaqələri yüksəlir”.

Fərid Şəfiyev bildirib ki, qarşılıqlı olaraq diplomatik missiyaların açılması münasibətlərin inkişafına təkan verir.

Meksika səfiri Xuan Rodriqo Labardini Flores çıxışında bildirib ki, 2007-ci ildə Azərbaycan Latın Amerikası regionunda, Meksikada səfirliyini açıb: “Səfirlik fəaliyyətə başladıqdan sonra iki ölkə arasında münasibətlərdə irəliləyiş qeydə aldıq və biz də öz səfirliyimizi Bakıda açdıq”.

Diplomat qeyd edib ki, COVID-19 pandemiyası dövründə Azərbaycan və Sakit Okean Alyansı ölkələri arasında ticarət dövriyyəsində 1.4 faiz azalma olub.

Səfir əlavə edib ki, son 6 ildə Azərbaycan və Sakit Okean Alyansı ölkələri arasında ticarət əlaqələrində 80 faizə qədər artım qeydə alınıb: “Meksika Azərbaycan əlaqələrinə toxunmaq istəyirəm. Meksikadan Azərbaycana səfər edirlər, ölkənizi tanımaq istəyirlər. Biz sizdən öyrənmək, sizinlə təcrübəmizi bölüşmək istəyirik”.

Çilinin müvəqqəti işlər vəkili Fidel Koloma Qrimberq çıxışında bildirib ki, onun ölkəsi açıq qapı siyasətini prioritet hesab edir və Azərbaycanla münasibətlərdə də bu nəzərə alınır.

Çilili diplomat diqqətə çatdırıb ki, Alyans ideal inteqrasiya mexanizmi kimi özünü sübut edir.

Diplomat öz ölkəsinin azad ticarətə, qlobal ticarət əlaqələrinə önəm verdiyi qeyd edib və əlavə edib ki, Çili müxtəlif ölkələrlə 35 azad ticarət sazişi imzalayıb.

Kolumbiyanın Azərbaycandakı müvəqqəti işlər vəkili Mariya Anxelika Steer çıxışında deyib ki, onun ölkəsi bu Alyansın gücləndirilməsi üçü fəal çalışıb.

O bildirib ki, Alyans müxtəlif ölkələri cəlb edir, ölkələr müşahidəçi statusunda Sakit Okean Alyansına qoşulmaq istəyirlər.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR