Xarici İşlər Nazirliyində (XİN) Azərbaycan və Ukrayna arasında diplomatik münasibətlərin qurulmasının 30 illiyinə həsr olunmuş tədbir keçirilir.
XİN-in mətbuat xidmətindən APA-ya verilən məlumata görə, tədbirdə Azərbaycan xarici işlər nazirinin müavini Xələf Xələfov, Ukraynanın Azərbaycandakı fövqəladə və səlahiyyətli səfiri Vladislav Kanevski, XİN-nin Mətbuat xidməti idarəsinin rəisi Leyla Abdullayeva çıxış ediblər.