Azərbaycan və Ermənistan ABŞ Prezidenti Donald Trampın Nobel Sülh mükafatına namizədliyini irəli sürəcək.
APA xəbər verir ki, bu barədə Vaşinqtonda Azərbaycan Prezidenti İlham Əliyev, ABŞ Prezidenti Donald Tramp və Ermənistanın Baş naziri Nikol Paşinyanın mətbuata birgə bəyanatında bildirilib.
Nikol Paşinyan ABŞ Prezidentinə Nobel Sülh mükafatının təqdim ediləcəyi mərasimə dəvət alacaqlarına ümidini ifadə edib.
Prezident İlham Əliyev təklif edib ki, Baş nazir Paşinyanla birgə Nobel mükafatının komitəsinə birgə bir təşəbbüs irəli sürsünlər: “Tramp bu mükafata layiqdir”.
Azərbaycan Prezidenti Donald Trampın Azərbaycan və Ermənistan arasında sülhün əldə edilməsində rolunu bir daha xüsusi vurğulayıb: “30 il ərzində müharibə şəraitində yaşayan ölkələrin liderləri tərəfindən bu təklifin irəli sürülməsi doğurdan da gözəl bir təşəbbüsdür. Bu, Prezident Donald Trampın liderliyinin sübutudur. Heç kim buna nail ola bilməmişdi. 1990-cı illərindən əvvəlindən bu ofisdə bir çox prezident olub. Minsk prosesi adlanan bir proses olub, 1992-ci ildən danışıqlar gedib. Bu danışıqlar heç bir nəticə verməyib. Ona görə də Prezident DonalD Trampdan daha çox Kim Nobel Sülh Mükafatına layiqdir?! Mən Nobel Sülh Komitəsinin əcaib qərarlarının tarixinə çox varmayacam. 6 ay ərzində Prezident Tramp möcüzə yaratdı. Düşünürəm ki, Ermənistan Baş naziri məni dəstəkləyəcək. Auditoriyanın reaksiyasını görərək qayıdan kimi biz razılaşıb birgə məktubla müraciət edəcəyik. Ümidvaram ki, Prezident Trampa mükafat təqdim olunduğu mərasimdə biz də dəvətli olacağıq”.