Bank Of Baku

Azərbaycan və Gürcüstan XİN konsulluq məsləhətləşmələri keçirib - YENİLƏNİB

Azərbaycan və Gürcüstan XİN konsulluq məsləhətləşmələri keçirib - YENİLƏNİB
# 25 noyabr 2022 17:02 (UTC +04:00)

Noyabr ayının 25-də Azərbaycan Respublikası ilə Gürcüstan Xarici İşlər Nazirlikləri arasında konsulluq məsləhətləşmələri keçirilib.

Azərbaycanın Gürcüstandakı səfirliyindən APA-ya verilən xəbərə görə, məsləhətləşmələrdə Azərbaycan Respublikası Xarici İşlər Nazirliyinin Konsulluq idarəsinin rəisi Emil Səfərov və Gürcüstan Xarici İşlər Nazirliyinin Konsulluq idarəsinin rəisi Qiorqi Tabatadze, Azərbaycan Respublikasının Gürcüstandakı fövqəladə və səlahiyyətli səfiri Faiq Quliyev və Gürcüstanın Azərbaycan Respublikasındakı fövqəladə və səlahiyyətli səfiri Zurab Pataradze, o cümlədən hər iki ölkənin xarici siyasət qurumunun məsul əməkdaşları, eyni zamanda ölkəmizin Elm və Təhsil Nazirliyi, Ədliyyə Nazirliyi, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi, Dövlət Miqrasiya Xidməti və Diasporla İş üzrə Dövlət Komitəsinin nümayəndələri iştirak ediblər.

Məsləhətləşmələrdə gündəlikdə duran, o cümlədən qarşılıqlı maraq doğuran məsələlər müzakirə olunmuş və iclasın yekununda Protokol imzalanıb.

***

15:39

Bakıda Azərbaycan və Gürcüstanın xarici işlər nazirlikləri arasında konsulluq məsələləri ilə bağlı məsləhətləşmələrin növbəti raundu keçirilir.

APA-nın Gürcüstan bürosu xəbər verir ki, Gürcüstan nümayəndə heyətinə Gürcüstan XİN-in konsulluq departamentinin direktoru Giorgi Tabatadze rəhbərlik edir.

Keçirilən iclaslarda Azərbaycanın Gürcüstandakı səfiri Faiq Quliyev, həmçinin Gürcüstanın Azərbaycandakı səfiri Zurab Pataradze də iştirak edir.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR