Azərbaycan və İsveç XİN başçıları Skopyedə görüşüb - YENİLƏNİB

Azərbaycan və İsveç XİN başçıları Skopyedə görüşüb - YENİLƏNİB
# 30 noyabr 2023 17:18 (UTC +04:00)

Xarici işlər naziri Ceyhun Bayramov ATƏT Nazirlər Şurasının 30-cu iclası çərçivəsində İsveç Krallığının xarici işlər naziri Tobias Billström ilə görüşüb.

XİN-dən APA-ya verilən xəbərə görə, görüş zamanı Azərbaycan ilə İsveç arasında ikitərəfli və çoxtərəfli formatlarda əməkdaşlıq əlaqələri, habelə regional məsələlər barədə fikir mübadiləsi aparılıb.

Azərbaycan-İsveç ikitərəfli əməkdaşlıq gündəliyinin inkişafına impuls verilməsi baxımından yüksək səviyyəli qarşılıqlı səfərlərin və siyasi məsləhətləşmələrin təşkilinin əhəmiyyəti və rolu qeyd olunub.

Görüşdə nazir Ceyhun Bayramov tərəfindən ölkəmiz tərəfindən 24 saat ərzində həyata keçirilmiş anti-terror tədbirlərini şərtləndirən amillər, xüsusilə öhdəliklərə zidd olaraq Azərbaycan ərazilərindən çıxarılmamış erməni silahlı qüvvələrindən irəli gələn təhdidlər, mövcud regional vəziyyət və Azərbaycanın bölgədə sülh və sabitliyin təmin edilməsi istiqamətində planları barədə məlumat verib.

Ermənistan ilə münasibətlərin normallaşdırılması üzrə Azərbaycanın davamlı sülh gündəliyini təşviq etməsinə baxmayaraq, Ermənistan tərəfindən ölkəmizə qarşı ardıcıl şəkildə qarayaxma kampaniyasının sülhə xidmət etmədiyi bildirilib.

Görüş zamanı həmçinin, qarşılıqlı maraq doğuran digər məsələlər müzakirə olunub.

***

16:12

Azərbaycan xarici işlər naziri Ceyhun Bayramov İsveçin XİN rəhbəri Tobias Billström ilə görüşüb.

APA xəbər verir ki, bu barədə Azərbaycan XİN başçısı “X” platformasında paylaşım edib.

“Biz Azərbaycan-İsveç ikitərəfli əməkdaşlığının daha da gücləndirilməsi ilə bağlı fikir mübadiləsi apardıq. Mən son regional vəziyyət və Azərbaycanın sülh və sabitliyə baxışı barədə həmkarımı məlumatlandırdım”, - nazir deyib.

Qeyd edək ki, Şimali Makedoniyanın paytaxtı Skopyedə keçirilən görüş Avropada Təhlükəsizlik və Əməkdaşlıq Təşkilatının Xarici İşlər Nazirləri Şurasının (ATƏT Xarici İşlər Nazirləri Şurasının) iclası çərçivəsində baş tutub.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR