Bank Of Baku

Azərbaycan və Qırğız Fövqəladə Hallar nazirlikləri arasında əməkdaşlıq Planı imzalanıb   - FOTO

Azərbaycan fövqəladə hallar naziri Kəmaləddin Heydərov və Qırğızıstanın fövqəladə hallar naziri Boobek Ajikeev

© APA | Azərbaycan fövqəladə hallar naziri Kəmaləddin Heydərov və Qırğızıstanın fövqəladə hallar naziri Boobek Ajikeev

# 16 dekabr 2021 17:54 (UTC +04:00)

“Azərbaycan Respublikası Fövqəladə Hallar Nazirliyi və Qırğız Respublikası Fövqəladə Hallar Nazirliyi arasında 2022-2025-ci illər üçün perspektiv əməkdaşlıq Planı” imzalanıb.
Fövqəladə HallarNazirliyindən APA-ya verilən məlumata görə, sənəd Qırğız Respublikasının fövqəladə hallar naziri Boobek Ajikeevin rəhbərlik etdiyi nümayəndə heyətinin ölkəmizə rəsmi səfəri çərçivəsində imzalanıb.
Sənədi Azərbaycanın fövqəladə hallar naziri Kəmaləddin Heydərov və Qırğızıstanın fövqəladə hallar naziri Boobek Ajikeev imzalayıblar.
Sonra Qırğız Respublikasının fövqəladə hallar naziri Boobek Ajikeevin rəhbərlik etdiyi nümayəndə heyəti Azərbaycan Fövqəladə HallarNazirliyinin Böhran Vəziyyətlərində İdarəetmə Mərkəzinin Böhranların idarə edilməsi və Əməliyyat zallarının, İctimaiyyətlə əlaqə idarəsinin Multi-media mərkəzinin fəaliyyəti ilə tanış olublar.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR