31 yanvar 2022-ci il tarixində Azərbaycan Respublikası xarici işlər naziri Ceyhun Bayramov ilə Türkiyə xarici işlər naziri Mevlüt Çavuşoğlunun telefon danışığı baş tutub.
Azərbaycan Xarici İşlər Nazirliyinin Mətbuat Xidməti idarəsindən APA-ya verilən xəbərə görə, telefon danışığı zamanı nazirlər ikitərəfli əməkdaşlıq münasibətləri üzrə müzakirələr aparıblar.
Tərəflər, eyni zamanda regiondakı cari vəziyyət ətrafında fikir mübadiləsi aparılıb.
***
saat 13:44
Türkiyənin xarici işlər naziri Mövlud Çavuşoğlu və onun azərbaycanlı həmkarı Ceyhun Bayramov arasında telefon danışığı olub.
APA-nın xəbərinə görə, bu barədə “Anadolu” agentliyi Türkiyə Xarici İşlər Nazirliyinə (XİN) istinadən məlumat yayıb.
Çavuşoğlu və Bayramov ikitərəfli əlaqələri və regional məsələləri müzakirə ediblər.