Rusiyada dəmir yolunda baş verən qəzanın fəsadları aradan qaldırılır

Rusiyada dəmir yolunda baş verən qəzanın fəsadları aradan qaldırılır
# 27 iyun 2024 15:55 (UTC +04:00)

Dünən axşam Komi Respublikasında sərnişin qatarının relsdən çıxması nəticəsində 46 nəfər tibbi yardım üçün müraciət edib.

Bu barədə “APA-Economics” “Rusiya Dəmir Yolları” ASC-nin (RDY) rəsmi “Telegram” kanalındakı paylaşımlara istinadən xəbər verir.

Məlumata görə, 511 saylı Vorkuta - Novorossiysk sərnişin qatarının relsdən çıxdığı yerdə iki nəfərin meyiti tapılıb.

Bildirilir ki, ölənlərin yaxınlarına 2 mln. 25 min rubl məbləğində sığorta ödənişi veriləcək. Bundan başqa, şirkətin adından əlavə 2 milyon rubl ödəməyə qərar verilib. Xəstəxanaya yerləşdirilən zərərçəkənlərə 1 mln. rubl, qalanlara isə 500 min rubl ödəniləcək.

Qeyd edək ki, hadisəyə səbəb kimi güclü yağış nəticəsində dəmir yolu yatağının yuyulması göstərilir.

RDY-nın “Telegram”da etdiyi paylaşıma əsasən, Şimal Dəmiryolunun İnta-1 - Uqolnı hissəsində xəttin yuyulması nəticələrinin aradan qaldırılması istiqamətində işlər aparılır. Buraya 150-dən çox dəmir yolu işçisi, 3 yuyulma əleyhinə qatar, 2 bərpa qatarı və digər ixtisaslaşdırılmış ağır texnika cəlb olunub.

“”Rusiya Dəmir Yolların”nın relsdən çıxmasının nəticələrinin aradan qaldırılması üçün qərargah fəaliyyət göstərir. Komi Respublikasının rəhbərliyi və Rusiya Fövqəladə Hallar Nazirliyi ilə qarşılıqlı əlaqə təşkil edilib”, - paylaşımda bildirilir.

Xatırladaq ki, iyunun 26-da Moskva vaxtı ilə saat 18.12-də Şimal Dəmiryolunun (Komi Respublikası) İnta-1 - Uqolnı hissəsində 511 nömrəli Vorkuta - Novorossiysk sərnişin qatarının 9 vaqonu relsdən çıxıb.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR