Builki sertifikasiya imtahanlarında müəllimləri fənlər üzrə ən aşağı orta bal yığan rayonlar açıqlanıb

Builki sertifikasiya imtahanlarında müəllimləri fənlər üzrə ən aşağı orta bal yığan rayonlar açıqlanıb
# 27 iyun 2024 16:46 (UTC +04:00)

Builki sertifikasiya imtahanlarında 0-29 bal aralığında ibtidai sinif fənni üzrə ən aşağı orta balı toplayan bölgələr üzrə siyahıda ilk yerdə Astara rayonundakı müəllimlər dayanır.

APA xəbər verir ki, bunu elm və təhsil naziri Emin Əmrullayev ADA Universitetində "Sertifikatlaşdırma 2024: peşəkar müəllim - keyfiyyətli təhsil" mövzusunda keçirilən tədbirdə çıxışı zamanı deyib.

O bildirib ki, siyahı üzrə Azərbaycan dili və ədəbiyyat fənnindən isə 0-29 bal aralığında orta balı ən aşağı olan Tərtər, Bərdə, Daşkəsən rayonundan müəllimlər olublar: "Riyaziyyat fənnindən ən aşağı orta balı toplayan müəllimlər Gədəbəy, Göygöl, Ağcabədi bölgələrindən olublar. Xarici dil fənni üzrə isə ən aşağı orta balı toplayan müəllimlər Ağcabədi, Astara, Lerik rayonundan olublar".

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR