Azərbaycan XİN Mətbuat Xidməti İdarəsinin rəisi xarici jurnalistlərlə görüşüb

Leyla Abdullayevanın xarici jurnalistlərlə görüşü

© APA | Leyla Abdullayevanın xarici jurnalistlərlə görüşü

# 20 sentyabr 2021 14:49 (UTC +04:00)

Azərbaycan Xarici İşlər Nazirliyinin Mətbuat Xidməti İdarəsinin rəisi Leyla Abdullayeva xarici jurnalistlərlə görüşüb.

APA-nın xəbərinə görə, bu barədə Leyla Abdullayeva "Twitter" hesablında yazıb.

XİN sözçüsü İsveç və Danimarkadan olan bir qrup jurnalistlə görüşdüyünü qeyd edib.

O, xarici jurnalistlərə hazırkı regional təhlükəsizlik vəziyyəti, münaqişədən sonrakı dövrdə Azərbaycan xarici siyasətinin prioritetləri, azad olunmuş ərazilərdə yenidən qurma işləri barədə məlumat verdiyini açıqlayıb.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR