Bank Of Baku

Azərbaycanın ABŞ-dakı səfirliyi qarşısında aksiyaya gələn erməni millətçilərinin planları pozulub

Azərbaycanın ABŞ-dakı səfirliyi qarşısında aksiyaya gələn erməni millətçilərinin planları pozulub
# 16 sentyabr 2022 08:39 (UTC +04:00)

ABŞ-dakı ifrat millətçi Amerika Ermənilərinin Milli Komitəsi, Erməni Gənclər Federasiyası və digər erməni təşkilatlarının üzvləri sentyabrın 15-də Azərbaycanın Vaşinqtondakı səfirliyi qarşısında aksiya keçirib.

APA xəbər verir ki, aksiya iştirakçıları Azərbaycanın dövlət himni, hərbi marşlar və vətənpərvərlik mövzusunda musiqi nömrələri, erməni işğalı və vəhşiliyini nümayiş etdirən, habelə “Qarabağ Azərbaycandır!” şüarları əks olunmuş plakatlarla qarşılaşıblar.

Səfirlik tərəfindən quraşdırılmış həyəcan siqnalı da ermənilərin planlarını pozub. Belə ki, onların səsləndirdikləri əsassız şüarlar həyəcan siqnalının səsindən ətrafda eşidilməyib.

Ermənilər məqsədlərinə nail olmadan ərazidən uzaqlaşıblar.

Aksiya zamanı səfirliyin ərazisinə müdaxilə olmayıb.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR