Regionda kommunikasiyaların bərpası istiqamətində Azərbaycan tərəfi bir sıra işlər görüb və görməkdədir.
APA-nın xəbərinə görə, bu barədə Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov moldovalı həmkarı ilə birgə mətbuat konfransında bildirib.
O qeyd edib ki, Ermənistan sərhədlərinə qədər 110 km uzunluğu olan dəmir yolu xətinin çəkilməsi ilə bağlı işlər aparılır, artıq bu işlərin 24 faizi tamamlanıb: “2023-cü ildə bu layihə tamamlanacaq. İşğaldan azad olunmuş ərazilərdə 124 km avtomobil yolunun çəkilməsi ilə bağlı işlər gedir və bu işin isə 27 faizi tamamlanıb. Ermənistan tərəfindən isə ziddiyyətli bəyanatlardan başqa real iş görülməyib. Bu tərəflərin öhdəliklərə nə dərəcə əməl etməsinin nümunəsidir”.