Bank Of Baku

Bakıda Pakistanın Müstəqillik Günü qeyd olunub - FOTO

Bakıda Pakistanın Müstəqillik Günü qeyd olunub - FOTO
# 14 avqust 2025 09:44 (UTC +04:00)

Pakistanın Azərbaycandakı səfirliyində bu ölkənin müstəqilliyinin 78-ci ildönümü qeyd olunub.

APA xəbər verir ki, tədbirdə Pakistan səfiri, Azərbaycanda Pakistan icmasının nümayəndələri və digərlər şəxslər iştirak ediblər.

Tədbir Pakistanın dövlət bayrağının ucaldılması ilə başlayıb.

Daha sonra Qurani-Kərim tilavət edilib.

Tədbirin davamında Pakistan üçün bu günün əhəmiyyəti vurğulanıb, sülh və əmin-amanlıq üçün dualar edilib.

Sonra Pakistan səfiri Qasım Mohiuddinin çıxış edib. O, Hindistanla münaqişədə göstərilən dəstəyə görə, Azərbaycana təşəkkür edib və Pakistan-Azərbaycan qardaşlığının davamlı olmasını arzulayıb.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR