Bank Of Baku

Baş katibin sözçüsü: Azərbaycan BMT-nin vacib tərəfdaşıdır

Baş katibin sözçüsü: Azərbaycan BMT-nin vacib tərəfdaşıdır
# 24 sentyabr 2025 11:38 (UTC +04:00)

Azərbaycan BMT-nin vacib iqlim tərəfdaşıdır.

Bunu APA-nın ABŞ-a ezam olunmuş əməkdaşına açıqlamasında BMT Baş katibinin sözçüsü Stefan Dujarrik deyib.

O, BMT Baş Assambleyanın 80-ci sessiyası ilə bağlı gözləntiləri də ifadə edib.

“Biz ümid edirik ki, Baş Assambleyanın 80-ci sessiyası çox uğurlu olacaq. Bütün dünya ölkələri bir araya gəlib qlobal problemlərin həlli istiqamətində vacib addım atırlar. Eyni zamanda, biz Azərbaycan Prezidentini də burada görməkdən məmnunuq. Azərbaycan BMT-nin vacib tərəfdaşıdır, BMT-nin iqlim dəyişikliyi konfransına ev sahibliyi edib. Biz Azərbaycanla əməkdaşlığı davam etdirəcəyimizə ümid edirik”, - Stefan Dujarrik vurğulayıb.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR