Bank Of Baku

Baş nazirin müavini: “Laçın dəhlizində sərhəd-keçid məntəqələri yoxdur, Zəngəzur dəhlizində də olmamalıdır”

Şahin Mustafayev

© APA | Şahin Mustafayev

# 16 dekabr 2021 12:42 (UTC +04:00)

Hazırda Laçın dəhlizində sərhəd-keçid məntəqələri yoxdur. Zəngəzur dəhlizində də sərhəd-keçid məntəqələri olmamalıdır.

APA-nın xəbərinə görə, bu barədə Azərbaycan Baş nazirinin müavini Şahin Mustafayev bildirib.

“Əgər Ermənistan vətəndaşların və yüklərin hərəkətinə nəzarət etmək məqsədilə sərhəd-keçid məntəqələrini qurmaqda israr etsə, biz də həmin məntəqələrin Laçın dəhlizində qurulmasında israr edəcəyik”, - Baş nazirin müavini vurğulayıb.

Ş. Mustafayev qeyd edib ki, Azərbaycanın Ermənistanla danışıqlarda mövqeyi konstruktivdir.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR