Bank Of Baku

Belarus "Şərq Tərəfdaşlığı" qətnaməsində Minskin əleyhinə səs vermədiyi üçün Azərbaycana təşəkkür edib

Belarus "Şərq Tərəfdaşlığı" qətnaməsində Minskin əleyhinə səs vermədiyi üçün Azərbaycana təşəkkür edib
# 17 dekabr 2021 11:07 (UTC +04:00)

17 dekabr 2012-ci il tarixində Azərbaycan Respublikasının xarici işlər naziri Ceyhun Bayramovun Belarus Respublikasının xarici işlər naziri Vladimir Makey ilə telefon danışığı baş tutub.

Xarici İşlər Nazirliyinin (XİN) Mətbuat xidməti idarəsindən APA-ya verilən xəbərə görə, tərəflər, Azərbaycan və Belarus arasında əməkdaşlıq gündəliyinin aktual məsələləri ətrafında fikir mübadiləsi aparıblar.

İkitərəfli əməkdaşlığın inkişafı perspektivlərini müzakirə ediblər.

Nazir Vladimir Makey, Şərq Tərəfdaşlığının 6-cı Zirvə görüşü nəticəsində qəbul olunan Birgə Bəyannamədə Belarusla bağlı bəndə dair Azərbaycanın nümayiş etdirdiyi beynəlxalq hüquqa əsaslanan konstruktiv yanaşmaya görə təşəkkürünü ifadə edib.

Nazirlər, həmçinin regional vəziyyət və qarşılıqlı maraq doğuran digər məsələlər üzrə fikir mübadiləsi aparıblar.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR