Bank Of Baku

Bisera Turkoviç: “Bosniya və Herseqovina Azərbaycanın ərazi bütövlüyünü hər zaman dəstəkləyib” 

Bisera Turkoviç

© APA | Bisera Turkoviç

# 08 noyabr 2021 22:14 (UTC +04:00)

Bosniya və Herseqovinanın xarici işlər naziri Bisera Turkoviç 8 Noyabr - Zəfər Günü münasibətilə azərbaycanlı həmkarı Ceyhun Bayramovu təbrik edib.

APA-nın xəbərinə görə, Bosniya Herseqovinanın XİN başçısı bu barədə "Twitter"də paylaşım edib.

"Həmkarım Ceyhun Bayramov, Azərbaycanın işğal olunmuş ərazilərinin azad edilməsi şərəfinə qeyd olunan Zəfər Günü münasibətilə səmimi təbriklərimi çatdırıram. Bosniya və Herseqovina Azərbaycanın ərazi bütövlüyünü və işğal olunmuş ərazilərinin reinteqrasiyasını hər zaman dəstəkləyib", nazir qeyd edib.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR