Blinken 5 aprel görüşünün Azərbaycana qarşı olmadığını bildirib

Blinken 5 aprel görüşünün Azərbaycana qarşı olmadığını bildirib
# 03 aprel 2024 18:20 (UTC +04:00)

ABŞ dövlət katibi Antoni Blinken Prezident İlham Əliyevlə telefon danışığı zamanı 5 aprel görüşünün Azərbaycana qarşı olmadığını bildirib.

APA xəbər verir ki, Antoni Blinken aprelin 5-də ABŞ, Avropa İttifaqı və Ermənistan arasında keçiriləcək üçtərəfli görüşün Azərbaycan tərəfdə narahatlıq doğurduğuna dair xəbərlər aldığını və bu xüsusda Prezident İlham Əliyevlə danışaraq məsələyə aydınlıq gətirilməsini vacib hesab etdiyini deyib.

Dövlət katibi sözügedən görüşün əsas mahiyyətini Ermənistanın iqtisadi inkişafı məsələlərinin təşkil edəcəyini diqqətə çatdırıb.

Telefon danışığı zamanı Antoni Blinken 5 aprel görüşünün Azərbaycana qarşı olmadığını vurğulayıb.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR