Bank Of Baku

BMT-nin rezident əlaqələndiricisi: Azərbaycana iqlim dəyişikliyi ilə bağlı dəstək göstərməyə hazırıq

BMT-nin rezident əlaqələndiricisi: Azərbaycana iqlim dəyişikliyi ilə bağlı dəstək göstərməyə hazırıq
# 08 aprel 2024 11:27 (UTC +04:00)

Bizim növbəti mərhələdə iqlim dəyişiklikləri ilə bağlı ciddi öhdəliklərimiz var.

APA xəbər verir ki, bunu “2021-2025-ci illər üçün BMT-Azərbaycan arasında Dayanıqlı İnkişaf üzrə Əməkdaşlığa dair Çərçivə Sənədi”nin icrası üzrə Hökumət-BMT Birgə İstiqamətləndirici Komitənin iclasında BMT-nin ölkə üzrə rezident əlaqələndiricisi Vladanka Andreeva deyib.

O bildirib ki, ötən il həyata keçirilən tədbirlərə 32.2 milyon ABŞ dolları xərclənib ki, bunun da bir hissəsi əsas təsisatlara, sağlamlıq, gender və inklüzivlik üzrə olub.

"Cari ildə iqlim dəyişikliyi ilə bağlı məsələlərə daha çox diqqət yetiriləcək. Biz COP çərçivəsində və bundan sonrakı mərhələdə Azərbaycana iqlim dəyişikliyi ilə bağlı dəstək göstərməyə hazırıq, buna çalışacağıq", - deyə o qeyd edib.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR